"Bakı Dövlət Universiteti" PHŞ tərəfindən Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili, 1 nömrəli tədris binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Koneks Construction" MMC olub. Müqavilənin ümumi dəyəri 23 milyon 489,9 min manat təşkil edir. Ehtimal olunan qiymət isə 25 69,9 min manat idi.
Qeyd edək ki, "Koneks Construction" MMC bu yaxınlarda (29.12.2025) M.F.Axundov adına Milli Kitabxana tərəfindən təmir işlərinin satınalınması üzrə keçirilən tenderin də qalibi olub. Həmin müqavilənin dəyəri 339 147 manat təşkil edib.
Bildirək ki, “Koneks Construction” MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşir.











