"İri Şəhərlərin Birləşmiş Su Təchizati Xidməti" PHŞ elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Vergi borcu olan şirkət 1 milyon manatlıq - TENDER UDUB
FED.az xəbər verir ki, tender borularda baş verə biləcək qəza halları üçün nəzərdə tutulan təmir xamutlarının satın alınması üzrə elan edilmişdi.
Tender nəticəsində qalib elan olunan "Sofcon Group S.R.O"-nun Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1405442631) ilə 419 978 manat məbləğində müqavilə imzalanıb. Tender çərçivəsində 1 982 ədəd müxtəlif ölçülü xamut satin alınacaq.
Maraqlı cəhət ondan ibarətdir ki, bu satınalmanın ehtimal olunan qiyməti əvvəlcədən 831 312 manat olaraq müəyyən edilmişdi. Beləliklə, bağlanmış müqavilə ilkin ehtimaldan 411 334 manat az məbləğdə, yəni təxminən 50% daha ucuz başa gəlib.
Qeyd edək ki, "Sofcon Group S.R.O"-nun Azərbaycan Respublikasındakı filialı 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 0 AZN təşkil edir. Filialın qanuni təmsilçisi Həsən Rzayev Məhərrəm oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 203, AF Biznes Plaza ünvanında yerləşir. Şirkət riskli vergi ödəyicisi deyildir və 114 397.14 manat dəyərində borcu var.