Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən elan edilən tenderin nəticələri açıqlanıb.
Mərkəzi Bank 833 min manatlıq tender elan etdi - ŞƏRTLƏR
FED.az xəbər verir ki, Agentlik “Nasreddin Production” MMC (VÖEN: 138588501) ilə “Molla Nəsrəddin: Çətin günlərimin dostu” adlı tammetrajlı bədii film layihəsi üzrə yeni xidmətlərin satın alınmasına dair müqavilə bağlayıb.
Satınalma çərçivəsində Azərbaycanda əlavə 15 dəqiqəlik yararlı materialın çəkilişi, həmçinin xarici ölkələrdə birgə çəkilişlər və post-prodakşn mərhələsində həyata keçiriləcək texniki xidmətlər yer alır.
Qalib şirkətlə 1 097 178 manat dəyərində müqavilə imzalanıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Qeyd edək ki, “Nasreddin Production” MMC 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Zaur Darab-zadə Mehrab oğludur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov, ev 16, mənzil 10 ünvanında yerləşir. Şirkət riskli vergi ödəyicisi deyildir və 8 974.21 AZN dəyərində borcu var.