“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti elektrik təchizatı şəbəkəsinin yenidənqurulması ilə bağlı tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, satınalma üzrə qalib “Şans Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Qalib şirkətlə 10 milyon 886 min 611 manat 99 qəpik məbləğində müqavilə imzalanıb.
Satınalma Ağdərə rayonunun Aşağı Oratağ, Çapar, Dəmirli kəndləri, həmçinin Xocalı rayonunun Təzəbinə, Seyidbəyli, Daşbulaq, Badara, Xanyurdu və Ballıca yaşayış məntəqələrinin daxili və xarici elektrik təchizatının tam yenidən qurulmasını əhatə edir.
"Şans Construction"un "Azərişıq"dan udduğu tenderlər ümumilikdə aşağıdakılardır:
|
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
|
1 |
Ağdərə rayonu Aşağı Oratağ, Çapar, Dəmirli və Xocalı rayonu Təzəbinə, Seyidbəyli, Daşbulaq, Badara, Xanyurdu və Ballıca yaşayış məntəqələrinin daxili və xarici elektrik təchizatının tam yenidənqurulma |
10.886.611,99 |
28.11.2025 |
|
2 |
Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair tələblər proqramına əsasən pivot suvarma tətbiq edilmiş və ərzaqlıq buğda əkilmiş sahələrin xarici elektrik təchizatının təmin olunması işlərinin satın alınması |
13.710.522,07 |
21.11.2024 |
|
3 |
Kürdəmir rayonu ərazisində yeni elektik şəbəkəsinin inzibati binasının və 110/35/10 kV-luq 2x25 MVA gücündə "Kürdəmir" yarımstansiyasının tikintisi, mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işləri |
11.647.283,9 |
11.07.2024 |
|
4 |
Kəlbəcər, Laçın, Qubadlı, Ağdam, Salyan, Ağstafa, Yevlax rayonları və Gəncə şəhəri ərazisində yerləşən hərbi hissələrin elektrik enerjisi ilə təmin olunması məqsədilə görüləcək işləri |
9.040.810,57 |
01.07.2024 |
|
5 |
Cəbrayıl şəhəri ərazisində tikintisi davam edən yaşayış kompleksinin elektrik təchizatının təmin olunması məqsədilə 35/0,4 kV-luq 4x2500 kVA gücündə transformator yarımstansiyasının tikintisi və yeni tikilmiş "Cəbrayıl Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi" ilə əlaqələndirilməsi işləri |
3.828.813,5 |
20.06.2024 |
|
6 |
Füzuli şəhəri ərazisində tikilməkdə olan yaşayış və ictimai binaların elektrik təchizatının təmin olunması məqsədiləşəhər ərazisində baş plana uyğun olaraq yeni 2x2500 kVA gücündə transformator yarımstansiyasının tikintisi və mövcud 35 kV-luq Füzuli Rəqəmsal yarımstansiya və İdarəetmə mərkəzindən yeni TM-ə 35 kV-luq iki dövrəli kabel xəttinin çəkilməsi işləri |
2.573.280,79 |
14.06.2024 |
|
7 |
“Qubadlı rayonu Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi” işləri |
4.993.918,4 |
06.06.2024 |
|
8 |
Laçın rayonu Zabux və Sus kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri |
1.772.258,66 |
16.01.2024 |
|
9 |
Paylayıcı Elektrik Şəbəkələrində itkilərin azaldılması məqsədilə Neftçala rayonu Aşağı Surra kəndi ərazisində 10 kV-luq hava xəttinin, KTM-lərin və 0,4 kV-luq ÖİN xətlərinin yenidən qurulması işləri |
2.618.234,96 |
06.10.2022 |











