“Azərişıq” ASC “Laçın rayonu Zabux və Sus kəndlərinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsi işləri” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi “Şans Construction” MMC olub.
Qalib şirkətə 1 772 259 manat ödəniləcək.
Qeyd edək ki, “Şans Construction” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Səyavuş Abbasov Şahid oğludur. Hüquqi ünvanı AZ1002, Bakı Şəhəri Nizami rayonu, Əlağa Kürçaylı, ev 7, m. 64 ünvanında yerləşir.