“Azərişıq” ASC Mingəçevir şəhəri ərazisində yerləşən mövcud 35/6-kV-luq 2x10 MVA gücündə “Karxana” yarımstansiyasının 110/35/6-kV-luq 2x40 MVA gücündə yenidən qurulması və 110 kV-luq şəbəkə ilə əlaqələndirilməsi işlərinə 15 milyon manata yaxın vəsait yönəldəcək.
“Azərsu” dəniz suyunun duzsuzlaşdırılması layihəsi üzrə hüquq məsləhətçisi - CƏLB EDİR
FED.az xəbər verir ki, qeyd olunan işlərin həyata keçirilməsi üçün “Smart Energy Services” MMC ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri 14 milyon 987 min 836,45 manatdır. Şərtlərə əsasən, müqavilə çərçivəsində bütün işlər 2024-cü il fevralın 16-dək tamamlanmalıdır.
Qeyd edək ki, “Azərişıq” ASC-nin funksiyalarına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir. (Azərtac)