Azərsu” ASC dəniz suyunun duzsuzlaşdırılması layihəsi ilə əlaqədar məsləhətçi hüquq şirkəti seçir.
“Azərsu” ASC - TENDER ELAN EDİR
Dəniz suyunu şirinləşdirmək neçəyə başa gəlir? – Dünyada bunu necə edirlər? - ÜSULLAR, QİYMƏTLƏR
FED.az xəbər verir ki, seçim təkliflər sorğusu üsulu ilə keçirilir. Sorğuda iştirak haqqı 500 manatdır.
Şirkətlər təkliflərini 4 sentyabr 2023-cü il saat 16.00-dək qəbul olunur. Təkliflər paketinin açılması 5 sentyabr 2023-cü il saat 16.00-da baş tutacaq.
Telefon: (012) 431-47-67/87 (daxili - 1087). Əlaqələndirici şəxs - Murad Abışev, E-mail: [email protected].
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2023-cü il aprelin 12-də “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsindəpilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” sərəncam imzalayıb. Layihənin məqsədi Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılmasından ibarətdir. Nazirlər Kabinetinə pilot layihənin icrası ilə əlaqədar “Suyun alqı-satqı müqaviləsi”nin və digər razılaşmaların imzalanması üçün zəruri tədbirlər görmək tapşırılıb. (İnterfaks-Azərbaycan)