“AzerGold” QSC AÇIQ TENDERƏ DƏVƏT EDİR:
FED.az xəbər verir ki, elanda cəmiyyətin əməkdaşları üçün idman zallarından istifadəsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Açıq tenderin iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az tenderlər bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət sorğusunu [email protected] elektron poçt ünvanına göndərməldirlər.
İştirak haqqı – 300 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Xidmətlərin siyahısı (qiymət cədvəli)
№ |
Xidmətin adı |
İştirakçı sayı |
Ölçü Vahidi |
Xüsusiyyətlər |
1 nəfər üçün 1 aylıq qiymət |
Ümumi qiymət |
1 |
İdman zallarından istifadə |
1 |
Nəfər |
Müqavilə imzalanacaq şirkətə dair tələblər: - Şirkətin abunəçilərinin istifadəsi Bakı, Gəncə şəhərləri və Balakən rayonunda mümkün olmalıdır - Şirkət abunəçiləri üçün ən azı 200 idman zalı istifadə üçün təklif etməli - Şirkətdə müxtəlif növ abunəlik paketləri olmalıdır - Şirkət idman zallarından limitsiz aylıq istifadə imkanı təklif etməli |
|
|
Cəmi: |
|
|||||
ƏDV 18%: |
|
|||||
Yekun: |
|
İcra müddəti:
Mallar İcraçı tərəfindən müqavilə imzalandıqdan sonra Sifarişçinin yazılı sifarişi (elektron poçt vasitəsilə) əsasında hissə-hissə olmaqla 12 (on iki) ay ərzində
Çərçivə sazişi:
“Çərçivə sazişi” üsulu ilə bağlanacaqdır.
Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsi hissəsinin 4-cü bəndində göstərilən ixtisas göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədləri, həmçinin qiymət təklifini imzalanmış zərfdə 30 yanvar 2024-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Satınalma Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
1. Müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanları barədə məlumat:
1.1 ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “İxtisas göstəriciləri üzrə Məlumat” Formasında tərtib olunmuş rəsmi sənəd (həmin formada tələb olunan məlumatlar yazılmaqla və yardımçı sənədlər əlavə edilməklə);
1.2 ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Satınalma metodu iştirakçısının komplekt anket Forması”-nda tərtib olunmuş rəsmi sənəd (formada tələb olunan məlumatlar yazılmaqla);
1.3 Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış qiymət təklifinin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.
2. İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
3. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
4. Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
5. Azərbaycan Respublikasında vergilərə və məcburi dövlət sosial sığorta haqlarına dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin (borcun) olmaması haqqında müvafiq vergi orqanından arayış– arayış qiymət təklifinin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.
Açıq tender üzrə təklif zərflərinin açılışı 30 yanvar 2024-cü il saat 16:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.