“AzerGold” QSC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Qazaxıstan Respublikası ərazisində yerləşən potensial yataqların öyrənilməsi üzrə məsləhət xidmətinin satın alınması nəzərdə tutulur.
Açıq tenderin iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az tenderlər bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət sorğusunu [email protected] elektron poçt ünvanına göndərməldirlər.
İştirak haqqı – 500 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Satın alınacaq Malların siyahısı:
|
Təsviri |
Maksimum həcm (faktiki saatlara/iş vaxtı cədvəlinə görə istifadə olunacaqdır) |
1 |
Layihənin (aşağıdakı bənd 2-6 üzrə qeyd olunan işlər) idarəolunması:
|
|
2 |
Resursların geologiyası:
|
|
3 |
Mədən layihəsi:
|
|
4 |
Metallurgiya və prosesin texnoloji layihələndirilməsi:
|
|
5 |
Ətraf mühitin qiymətləndirilməsi:
|
|
6 |
Maliyyə analitiki/smetaçı-mühəndis:
|
|
7 |
Layihənin İdarə olunma xərcləri |
|
8 |
Xüsusi proqram təminatın tətbiqi |
|
- Sifarişçi hər bir müəyyən/konkret xidmətin icrası üçün İcraçıya yazılı sorğu göndərir. Bu yazılı sorğusu əsasında, İcraçı hər bir xidmət üzrə həcmləri və müvafiq müddətləri yazılı sürətdə Sifarişçiyə təqdim edir.
Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsi hissəsinin 4-cü bəndində göstərilən ixtisas göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədləri, həmçinin qiymət təklifini və təminatını imzalanmış zərfdə 02 fevral 2024-cü il saat 14:00-a qədər “AzerGold” QSC-nin Satınalma Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
1. Müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanları barədə məlumat:
1.1 ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “İxtisas göstəriciləri üzrə Məlumat” Formasında tərtib olunmuş rəsmi sənəd (həmin formada tələb olunan məlumatlar yazılmaqla və yardımçı sənədlər əlavə edilməklə);
1.2 ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Satınalma metodu iştirakçısının komplekt anket Forması”-nda tərtib olunmuş rəsmi sənəd (formada tələb olunan məlumatlar yazılmaqla);
1.3 Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış qiymət təklifinin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.
2. İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
3. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
4. Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
5. Təchizatçının yalnız mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olmasını təsdiq edən arayış (arayış son hesabat ilinə olan vəziyyəti əks etdirməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.)
6. Azərbaycan Respublikasında vergilərə və məcburi dövlət sosial sığorta haqlarına dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin (borcun) olmaması haqqında müvafiq vergi orqanından arayış– arayış qiymət təklifinin sorğusu elanının qüvvədə olduğu müddət ərzində alınmış olmalıdır.
Açıq tender üzrə təklif zərflərinin açılışı 02 fevral 2024-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.