"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti (VÖEN – 9900000421) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti yeni tikilən YS-ya (yarımstansiya) üçün avadanlıqların satın alınmasıdır. Ehtimal olunan qiymət 63 550 255 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 10 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 9 533 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Araz Məmmədzadə - Baş mütəxəssis
[email protected]
+994 12 490 09 27
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 10 aprel 2026-cı il tarixinə qədər AZ 1005, Bakı, Akademik Ə.Əlizadə küçəsi, 10 ünvanına təqdim edə bilərlər.











