"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti (VÖEN – 9900000421) açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderin predmeti Ələt Azad İqtisadi Zonası ətrafında yol kəsişməsinə düşən hissədə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələbinə əsasən tikilən Karqo terminalı ətrafında kabel xətlərinin tikintisi işlərinin satınalınmasıdır. Ehtimal olunan qiymət 8 milyon 521 min 621 manat təşkil edir.
Tender 26 dekabr 2025-ci il, saat 10:50-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 30 yanvar 2026-cı il, saat 10:00, zərflərin açılışı isə həmin tarixdə, saat 10:00-da keçiriləcək.
İştirak haqqı 1500 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Araz Məmmədzadə - Baş mütəxəssis
[email protected]
+994 12 490 09 27
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 30 yanvar 2026-cı il, saat 10:00-a qədər AZ 1005, Bakı, Akademik Ə.Əlizadə küçəsi, 10 ünvanına təqdim edə bilərlər.











