"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif növ malların satın alınması üzrə elan edilmiş iki tenderin nəticəsi açıqlanıb.
FED.az xəbər verir ki, səhmdar cəmiyyəti ümumi dəyəri 2 milyon manatdan çox olan müqavilələr imzalayıb.
“Müxtəlif növ elektrik mallarının satın alınması” üzrə qalib "Electro Service" Qapalı Səhmdar Cəmiyyəti olub. Müqavilənin dəyəri 978 min 288 manat 91 qəpik təşkil edir.
“Müxtəlif növ kimyəvi maddələrin satınalınması” üzrə qalib "Aqualink" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Müqavilənin dəyəri 1 milyon 97 min 200 manat 11 qəpikdir.











