"Azərenerji" Açıq Tipli Səhmdar Cəmiyyəti (VÖEN – 9900000421) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti 110 kV-luq “Naxçıvan Şəhər” yarımstansiyasından çıxan 110 kV-luq elektrik verilişi xətlərinin (EVX) kabel xətləri ilə əvəzlənməsi işlərinin satınalınmasıdır. Ehtimal olunan qiymət 6 milyon 997 min 728 manat təşkil edir.
Müsabiqə 9 dekabr 2025-ci il, saat 16:36-da dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 15 yanvar 2026-cı il, saat 10:00, zərflərin açılışı isə həmin tarixdə, saat 10:00-da keçiriləcək.
İştirak haqqı 1500 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Azad Məmmədov - Baş mütəxəssis
[email protected]
+994 12 598 26 96
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 15 yanvar 2026-cı il, saat 10:00-a qədər AZ 1005, Bakı, Akademik Ə.Əlizadə küçəsi, 10 ünvanına təqdim edə bilərlər.











