2019-cu ildə dövlət qurumlarının abadlıq işləri üçün xərclədiyi məbləğ məlum olub.
Eləcə də bax: Azərbaycanda keçirilən dövlət tenderlərinin – SAYI AÇIQLANDI
FED.az xəbər verir ki, 2019-cu ildə dövlət qurumları tərəfində abadlıq işləri üçün 145 tender keçirilib. Tenderlərin ümumi məbləği 135 milyon 230 min 972 manatdır.
Məbləği 1 milyon manatdan çox olan 13 tender müqaviləsini 7 dövlət qurumu keçirib. 1 milyondan çox olan tenderlər siyahısında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun 5, "Mida" MMC-nin 2, Kənd Təsərrüfatı Nazirliyinin 2 tenderi var. Bundan başqa "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC, Sumqayıt şəhər İcra Hakimiyyəti və Biləsuvar rayon İcra Hakimiyyəti məbləği 1 milyon manatdan çox tender müsabiqələri keçirib.
Eləcə də bax: Dövlət tenderlərini udan - SIĞORTA ŞİRKƏTLƏRİ - SİYAHI
1 milyon manatdan böyük məbləğli tender müsabiqələrindən “Bakı Abadlıq Xidməti” ММC və Caspian Plus-A MMC hər biri 2 tender qazanıb. Böyük tenderləri qazanan digər şirkətlər "İnpeks.N" MMC, Azəri Servis LTD, "Temelsu Uluslararası Mühendislik Hizmetleri Anonim Şirketi"nin Azərbaycandakı filialı, “Ximekspress 2000” firması, “ Cənub Təmir Tikinti -1 ” MMC, "Azəri Servis LTD" MMC, "Ramco” QSC, "Arena İngaat" MMC, «Azəri Servis LTD» MMC olub.
Eləcə də bax: Dövlət tenderlərini udan - BANKLAR - SİYAHI
FED.az 2019-cu ildə abadlıq işləri üzrə keçirilən tenderləri təqdim edir.