2019-cu ilin yanvar-dekabr aylarında bankların qazandığı dövlət tenderləri məlum olub.
FED.az xəbər verir ki, tenderləri "Expressbank", "Unibank", "Kapital Bank" bankları qazanıb. Keçirilmiş 5 tenderin ümumi məbləği 133 min 848 manat olub.
Eləcə də bax: Dövlət tenderlərini udan - SIĞORTA ŞİRKƏTLƏRİ - SİYAHI
Ən çox tender qazanan "Kapital Bank" olub. Bank 2 tender qazanıb. 2 tenderin ümumi məbləği 90 min manat olub. Hər iki tender "DOST İş Mərkəzi" ilə bağlanıb.
Bundan başqa, "Expressbank" Bakı İdarəetmə və Texnologiya Kolleci ilə 13 min manat, "Unibank" "Azərbaycan İnvestisiya Şirkəti"ASC ilə 30 min 848 manat məbləğində tender müqavilələri bağlayıb.
№ |
Banklar |
Tender keçirən dövlət qurumu |
Tenderin adı |
Məbləğ (manatla) |
1 |
"Kapital Bank" ASC | "DOST İş Mərkəzi" MMC | Əmək haqqı kartları | 60.000 |
2 |
"Kapital Bank" ASC | "DOST İş Mərkəzi" MMC | Əmək haqqı kartları | 30.000 |
3 |
"Unibank" ASC | "Azərbaycan İnvestisiya Şirkəti"ASC | Konvertasiya xidmətləri | 30.848 |
|
"Expressbank" ASC | Bakı İdarəetmə və Texnologiya Kolleci | Mühafizə xidməti | 13.000 |
|
|
|
|
|
Cəmi: |
133.848 |