Banner

Tenderlər

Azərbaycanda keçirilən dövlət tenderlərinin – SAYI AÇIQLANDI

Azərbaycanda keçirilən dövlət tenderlərinin – SAYI AÇIQLANDI | FED.az
10:28 9 Yan 2020

2019-cu ildə Azərbaycanda dövlət qurumlarının keçirdiyi dövlət tenderlərinin sayı məlum olub.

Eləcə də bax: 2019-da Azərbaycanda ən böyük - DÖVLƏT TENDERLƏRİNİ KİM QAZANIB - SİYAHI

FED.az xəbər verir ki, ötən il Azərbaycanın dövlət qurumları tərəfindən 6 min 263 tender keçirilib. Tenderlərin məbləği 50 min manatadək olanların sayı 4 096 ədəddir. Məbləği 50 min manatdan 100 min manatadək olan tenderlərin sayı 512 olub.

Eləcə də bax: Azərbaycanda ən kiçik dövlət tenderi – CƏMİ 6 MANAT - SİYAHI

Məbləği 100 min manatdan 1 milyon manata qədər 1 241 tender keçirilib ki, bu tenderlərin məbləğinin 100 mindən 500 min manata qədər olanlarının sayı 1 040, 500 mindən 1 milyona qədər olanların sayı 201 olub.

Məbləği 1 milyon manatdan çox olan 414 tender keçirilib.

Xatırladaq ki, 2018-ci ildə keçirilən tenderlərin sayı 5 min 463 olub.

Digər xəbərlər

Banner