2019-2020-ci illərdə İmişlidə tenderləri qazanan şirkətlər məlum olub.
FED.az xəbər verir ki, ötən il və bu ildə İmişlidə 8 tender müsabiqəsi keçirilib. Tenderlərin umumi məbləği 908 min 952 manat olub.
Eləcə də bax: Neftçalada dövlət tenderlərini - KİMLƏR UDURMUŞ? – SİYAHI, MƏBLƏĞLƏR
Rayonda ən çox tender keçirən qurum İmişli Suvarma Sistemləri İdarəsi olub. İdarə həmçinin rayonda keçirilən tenderlərin məbləğinə görə birincidir. Suvarma Sistemləri İdarəsi 4 tender keçirib. 4 tenderin ümumi məbləği 834 min 295 manatdır. Bu məbləğ rayon üzrə tenderlərə xərclənən vəsaitin 91,8%-ni təçkil edir.
Eləcə də bax: İsmayıllı rayonunda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
2019-2020-ci illərdə ən böyük məbləğli tenderləri "RUZİ" MMC və sahibkar Rahib Əkbərov qazanıb. Əkbərov Rahib ümumi məbləği 579 min 628 manat olan 2, “RUZİ” MMC 245 min 667 manatlıq 1 tenderin qalibi olub.
Qeyd edək ki, 2018-ci ildə rayonda ümumi məbləği 4 milyon 248 min 791 manat olan 8 tender keçirilib. İcra Hakimiyyəti ümumi məbləği 3 milyon 975 min 792 manat olan 4 , İmişli Suvarma Sistemləri İdarəsi ümumi məbləği 232 min 115 manat olan 2, İmişli Rayon Polis Şöbəsi 32 min manat məbləğində 1, İmişli Dəmir Yolu Xəstəxanası 8 min 884 manat məbləğində 1 tender keçirmişdi.
FED.az 2019-2020-ci ildə İmişli rayonunda keçirilmiş tender müsabiqələrini təqdim edir.
İmişli Suvarma Sistemləri İdarəsi |
||||
№ |
Qalib şirkət |
Tenderin adı |
Məbləğ |
Tarix |
1 |
"RUZİ" MMC |
Maşın-mexanizmlər, mexaniki avadanlıq və nəqliyyat vasitələrinin cari təmiri üçün ehtiyat hissələrinin |
245 667 |
27.02.2020 |
2 |
Əkbərov Rahib Ağamusa oğlu |
Əsaslı və cari təmir üçün mal-materialların satın alınması |
287 245 |
24.02.2020 |
3 |
"Art proje" MMC |
İmişli SSİ-nin "Boyük bazı LR-100 nov kanalının " və üzərindəki qurgularin təmiri" smetasinin hazirlanmasi |
9 000 |
27.06.2019 |
4 |
Əkbərov Rahib Ağamusa oğlu |
Əsaslı və cari təmir işləri üçün mal-mateliallar |
292 383 |
25.01.2019 |
Cəmi |
834 295 |
|
||
|
||||
İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsi |
||||
№ |
Qalib şirkət |
Tenderin adı |
Məbləğ |
Tarix |
1 |
“Samış” MMC |
dəftərxana ləvazimatlarının satınalınması |
8 500 |
12.03.2020 |
2 |
“Mayak MLTD” MMC |
Cari təmir işləri |
14 805 |
25.11.2019 |
3 |
Fətullayev Taleh Səmid oğlu |
dəftərxana ləvazimatlarının alınması |
2 012 |
25.11.2019 |
Cəmi |
25 317 |
|
||
|
||||
İmişli Rayon Polis Şöbəsi |
||||
№ |
Qalib şirkət |
Tenderin adı |
Məbləğ |
Tarix |
1 |
"ABORI-TT" MMC |
Dəftərxana və təsərrüfat malları |
49 341 |
08.05.2019 |
Cəmi |
49 341 |
|