Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi iki tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, "Bir sıra təhsil müəssələrində mühəndis-müayinə işlərinin satınalınması" tenderinin qalibi Azərbaycan Memarlıq və İnşaat elmi-Tədqiqat İnsititutudur.
Qalibə 482 080 manat ödəniləcək.
"Respublikanın bir sıra təhsil müəssisələrinin cari təmiri və kommunal-kommunikasiya işlərinin satınalınması" tenderinin qalibi isə "Vk Group N1" MMC-dir.
Qalib şirkətə 920 806 manat ödəniləcək.
İki tenderin birlikdəı dəyəri 1 402 886 manatdır.