Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə məktəbəqədər təhsil müəssisələrinə "Digər malların alınması" xərc maddəsi üzrə malların satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1100 manatdır.
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Y.Bakuvi küçəsi 18
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 09.06.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 20.06.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 21.06.2023 16:00
Əlaqələndirici şəxs: ŞABAN MƏMMƏDOV
Əlaqələndirici şəxsin nömrəsi: +994124657348
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər
- İddiaçının tam adı hüquqi statusu,nizamnaməsi qeydiyatdan keçdiyi ölkə və rekvizitlər
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi
- Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü
- Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 90 bank günü
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
- Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər
- - iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin arayışı təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. Təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir.); - tender təklifini və satınalma müqaviləsini imzalamaq salahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə təqdim edilməlidir. Sənəd PDF formatında əlavə edilməlidir.); - iddiaçı tərəfindən doldurulmuş tenderin əsas şərtlər toplusunun ”Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat” cədvəli, təsdiqedici sənədlər əlavə olunmaqla (Əlavə 1) (Təqdim olunması məcburidir. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə məlumatlar əlavə edilməlidir. Tələb olunan təsdiqedici sənədlər əlavə olunmaqla təqdim edilməlidir.); - iddiaçının 2022-ci ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Təqdim olunması məcburidir. Təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir.); - iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (Vergi oqranı və yaxud Kommersiya Məhkəməsi tərəfindən təqdim olunmuş sənəd təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. Təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir.); - iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya “ASAN xidmət” mərkəzlərindən alınmış arayış qəbul ediləcəkdir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir, təsdiqedici sənəd PDF formatında əlavə edilməlidir.); Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi 18 nömrəli ünvandan ala bilərlər: Təşkilat: Elm və Təhsil Nazirliyi Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı Kod: 805603 VÖEN: 9900001881 M/h: AZ03NABZ01350100000000002944 S.W.I.F.T. İBAZАZ 2Х H/h: AZ88IBAZ38030019441856517211 VÖEN: 1500016711
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.