Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi növbəti iri çap layihəsi məqsədilə elan etdiyi tenderə yekun vurub.
Tenderdə 4,5 milyonluq “endirim” : Ağdam layihəsi ucuz başa gəldi
FED.az xəbər verir ki, Nazirlik bu dəfə 7-9-cu siniflər üzrə böyük ölçülü dərsliklərin istehsalı üçün “Şərq-Qərb” ASC (VÖEN: 2000043631) ilə əməkdaşlıq edəcək.
Layihənin ümumi dəyəri 2.535.277 AZN təşkil edir.
Qeyd edək ki, “Şərq-Qərb” ASC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 589 880 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Oktay Əhmədov İskəndər oğludur. Hüquqi ünvanı AZ1123, Bakı şəhəri Xətai rayonu, Aşıq Ələsgər, ev 17 ünvanında yerləşir.