Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən həyata keçirilən tenderin qalibi bəlli olub.
Bu tenderi udan şirkət 24 milyon manat qazanacaq! - BÖYÜK TENDER ELANI
FED.az xəbər verir ki, sözügedən tender “Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 3 və 4-cü məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri”ni əhatə edir.
Tenderin ümumi dəyəri 17.344.615,86 manat təşkil edir. Tikinti işlərinin icrası üzrə qalib şirkət “Merkuri-İnşaat” MMC (VÖEN: 1600071371) olub.
Xatırladaq ki, tenderin ehtimal olunan satınalma dəyəri 21.863.890,11 AZN olaraq müəyyən edilmişdi. Qalib şirkət tenderin ehtimal olunan qiymətindən 4.519.274,25 manat və ya təxminən 20,66% daha az məbləğə iş görməyi öhdəsinə götürərək daha aşağı qazancla tenderi qazanıb.
Qeyd edək ki, “Merkuri-İnşaat” MMC 12.07.1999-cu ildə yaradılıb, nizamnamə kapitalı 20 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mirzə Məcnunov Xidir oğludur. Hüquqi ünvanı AZ1142, Bakı şəhəri Xətai rayonu, Babək pr., ev 64, m. 143 ünvanında yerləşir.