Gənclər və İdman Nazirliyi (VÖEN – 1500171121) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti “Gənclər Həftəsi 2026” tədbirlərinin təşkili xidmətlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 2 milyon 470 min 260 manat 38 qəpik təşkil edir.
Müsabiqə 1 dekabr 2025-ci il, saat 17:37-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 29 dekabr 2025-ci il, saat 18:00, zərflərin açılışı isə həmin tarixdə, saat 18:00-da keçiriləcək.
İştirak haqqı min manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs:
Emin İbrahimli
Satınalmalar sektorunun müdiri
[email protected]
+994 00 000 00 00 (187)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 29 dekabr 2025-ci il, saat 18:00-a qədər Bakı şəhəri, Olimpiya küçəsi 4 ünvanına təqdim edə bilərlər.











