Gənclər Və İdman Nazirliyi (VÖEN – 1500171121) açıq müsabiqə elan edir.
FED.az xəbər verir ki, müsabiqənin predmeti Qaradağ rayonu, Qobustan qəsəbəsində idman zalının tikintisi işlərinin davamının satın alınmasıdır. Ehtimal olunan qiymət 1 milyon 619 min 799 manat 17 qəpik təşkil edir.
Müsabiqə 27 noyabr 2025-ci il, saat 15:33-də dərc edilib. Təkliflərin qəbulu 3 dekabr 2025-ci il, saat 18:00-da başa çatır. Zərflərin açılışı da 3 dekabr 2025-ci il, saat 18:00-da keçiriləcək.
İştirak haqqı 600 manat, istifadə haqqı isə 25 manat müəyyən olunub. Qaydalara əsasən, hər iki ödəniş geri qaytarılmır.
Əlaqələndirici şəxs – Emin İbrahimli, Satınalmalar sektorunun müdiri
Telefon: +994 00 000 00 00 (187)
E-mail: [email protected]
İddiaçılar təkliflərini 3 dekabr 2025-ci il, saat 18:00-a qədər satınalan təşkilatın Bakı şəhəri, Olimpiya küçəsi 4 ünvanına təqdim edə bilərlər.










