Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (VÖEN: 1500016711) 2 şirkətlə ümumi dəyəri 6 milyon 202 min 950 manat olan satınalma müqavilələri bağlayıb.
Dövlət qurumu avadanlıqlara 5,2 milyon ödədi – QALİB ŞİRKƏT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “AR Group İnşaat” MMC ilə ölkə üzrə bir sıra təhsil müəssisələrində təmir işlərinin satınalınması ilə bağlı imzalanmış müqavilənin dəyəri 3 milyon 965 min 254 manat təşkil edib.
Bundan başqa, “DMC Alyans Qrup” MMC ilə ölkənin bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınması ilə bağlı 2 milyon 237 min 696 manat təşkil edib.














