Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VÖEN: 1701393691) yeni satınalma müqaviləsi imzalayıb.
FED.az biznes və maliyyə xəbərləri portlalı xəbər verir ki, “Beetech” MMC (VÖEN: 1503931051) ilə imzalanmış müqavilə çərçivəsində "ASAN xidmət" mərkəzlərində infrastrukturun yenilənməsi məqsədi ilə İKT avadanlıqlarının satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri 5 milyon 189 min 192 manat təşkil edir.
Qeyd edək ki, “Beetech” MMC 2108-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Əliyev İmran Oruc oğludur. Şirkət Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şossesi, ev.1965-ci məhəllə hüquqi ünvanına yerləşir














