Ədliyyə Nazirliyi “Probasiya xidməti və Bakı şəhər probasiya idarəsi üçün Bakı şəhəri, Nərimanov rayonu, Ş.Mustafayev küç., 27/121 ilə Ə.Əlizadə 31 küç. kəsişməsi ünvanında yerləşən qeyri-yaşayış binasının icarəsi xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib.
Nazirlik ofis icarəyə götürdü - MƏBLƏĞ
FED.az xəbər verir ki, tenderin qalibi ləğv prosesində olan “NBC Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Ümumi işlər departamenti (VÖEN: 1700130681) olub.
Qalib şirkətlə 120 000 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).