Azərbaycan Respublikasının Mərkəzi Bankı müxtəlif tədbirlərlə bağlı hədiyyələrin satın alınması məqsədilə keçirdiyi 3 tenderə yekun vurub.
Qarabağda 2 milyonluq tender ləğv edildi - SƏBƏB
FED.az xəbər verir ki, qalib gələn təşkilat və şəxslərlə ümumilikdə 19.891 manat dəyərində müqavilələr bağlanıb.
Ən yüksək məbləğli tenderin qalibi "HZ Qida Məhsulları" MMC (VÖEN: 1307760061) olub. Şirkətlə 18.010 manat dəyərində müqavilə imzalanıb.
İkinci tenderin qalibi fiziki şəxs Elnur Ağanəzər oğlu Həsənov (VÖEN: 1307260502) olub. O, 1.350 manatlıq müqavilə ilə tədbirlərlə bağlı təqdimat məhsullarının hazırlanması üzrə öhdəlik götürüb.
Üçüncü tenderin qalibi isə "Balakhani Creative Center" MMC-dir (VÖEN: 1804855151). Bu şirkətlə bağlanmış müqavilənin dəyəri 531 manat təşkil edir.