Cəbrayıl şəhərində yaşayış kompleksi və Zəngilan şəhərində Konqres Mərkəzi ilə bağlı elan edilmiş xidmət tenderi baş tutmayıb.
İşğaldan azad edilmiş ərazilərlə bağlı çap xidmətləri tenderi ləğv edilib
FED.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ tərəfindən elan edilmiş tender ləğv edilib.
Ləğv edilmə səbəbi kimi təqdim olunan təkliflərin şərtlər toplusunun tələblərinə uyğun olmaması göstərilib. Qanunvericiliyə əsasən, bu, 36.1.2-ci maddə ilə əsaslandırılıb.
Ləğv edilmiş tender Cəbrayıl şəhərində yerləşən 7,87 hektar torpaq sahəsində inşa edilmiş yaşayış kompleksinin, həmçinin Zəngilan şəhərindəki Konqres Mərkəzinin və ona bitişik infrastrukturun texniki xidmətlərini əhatə edirdi. Bu xidmətlərə bina, mülki və texniki qurğuların, istirahət guşələrinin, sosial-məişət obyektlərinin, uşaq oyun və idman meydançalarının aylıq və dövrü texniki baxımı və təmizliyi daxil idi.
Tenderin ehtimal olunan ümumi məbləği 2.102.240,14 manat təşkil edirdi. Müsabiqə ilə bağlı elan 11 oktyabr 2024-cü il, saat 15:42-də dərc edilmişdi. Maraqlı təşkilatların təkliflərini təqdim etməsi üçün son tarix isə 15 noyabr 2024-cü il, saat 15:00 idi. Həmin gün və saatda da zərflərin açılması planlaşdırılırdı.