Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı "Əsaslı Tikinti və Təchizat" MMC mədəniyyət sahəsində beş ayrı satınalma üçün tender elan edib.
“Azərdövlətlayihə” bu ərazilərdə binaların söküntüsünə start verir
FED.az xəbər verir ki, bu tenderlərdə əsasən uşaq musiqi məktəbləri, Heydər Əliyev mərkəzləri və yaradıcı gənclərlə iş sahələri üzrə təmir və layihələndirmə işləri nəzərdə tutulur.
Gəncə şəhər Bülbül adına 3 saylı uşaq musiqi məktəbinin əsaslı təmiri üzrə elan edilən tenderin ehtimal olunan qiyməti 507.527,44 AZN təşkil edir. Müsabiqənin təkliflərin son təqdim tarixi 28 iyul 2025 saat 10:00 olaraq müəyyən edilib. İştirak haqqı 450 AZN-dir.
Ağcabədi rayonu 2 saylı uşaq musiqi məktəbinin əsaslı təmiri üzrə elan edilən ikinci tenderin isə təxmini dəyəri 601.191,12 AZN-dir. Bu müsabiqənin də təkliflərin son təqdim tarixi 28 iyul 2025 saat 10:00-dır. İştirak haqqı bu tenderdə də 450 AZN təşkil edir.
Üçüncü tender Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzinin binasının cari təmiri işləri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması xidmətini əhatə edir. Bu işlər üçün 50.811 AZN ehtimal olunan qiymət ayrılıb. Təkliflər 25 iyul 2025 saat 15:00-dək təqdim olunmalıdır. İştirak haqqı 102 AZN olaraq müəyyən edilib.
Növbəti tender Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin əsaslı təmiri işlərinə aiddir. Bu işlər üçün ayrılan təxmini vəsait 288.908,84 AZN-dir. Təkliflərin son qəbulu 25 iyul 2025 saat 15:00-a qədərdir. İştirak haqqı 350 AZN-dir.
Beşinci tender isə Gəncə və Naftalan şəhərlərindəki Heydər Əliyev Mərkəzi binalarının cari təmiri ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması işlərinə yönəlib. Bu xidmət üçün ehtimal olunan məbləğ 105.217,50 AZN təşkil edir. Təkliflərin qəbulu 25 iyul 2025 saat 15:00-da başa çatır. İştirak haqqı isə 250 AZN-dir.
Bütün bu tenderlər üzrə əlaqəli şəxs Elmir Murquzovdur. O, Satınalma mütəxəssisi kimi aşağıdakı əlaqə vasitələri ilə çıxış edir:
[email protected]
+994 12 565 01 47 (448)