“Azərişıq” ASC “Laçın rayonu Güləbird, Şəlvə, Ərikli, Kürdhacı kəndlərinin və Qorçu qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli ÖİN(SİP-3) elektrik veriliş xəttinin çəkilməsi işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.
Gəncədə elektrik yarımstansiyası tikiləcək, 16 milyonluq - TENDER UDULDU
FED.az xəbər verir ki, tenderin qalibi “Smart Energy Services” MMC olub.
Qalib şirkətə 6 321 091 manat ödəniləcək.
Qeyd edək ki, “Smart Energy Services” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Tinayev Nemət oğludur. Hüquqi ünvanı AZ1054, Bakı şəhəri Binəqədi rayonu, Həsrət Ağamalıyev (Rəsulzadə qəs.), ev 10, m. 25 ünvanında yerləşir.