“Azərişıq” ASC “Gəncə şəhərində 110/35 kV-luq 2x40 MVA gücündə "Mərkəz" yarımstansiyasının tikintisi və mövcud şəbəkə ilə əlaqələndirilməsi (giriş-çıxış xətlərinin yeni yarımstansiyaya köçürülməsi) işləri” tenderinin nəticələrini elan edib.
Kəlbəcərdə elektrik hava xəttinin yenidən qurulması 16 milyona - BAŞA GƏLƏCƏK
FED.az xəbər verir ki, tenderin qalibi “Smart Energy Services” ASC olub.
Qalib şirkətə 15 603 262 manat ödəniləcək.
Qeyd edək ki, “Smart Energy Services” MMC 2020-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Tinayev Nemət oğludur. Hüquqi ünvanı AZ1054, Bakı şəhəri Binəqədi rayonu, Həsrət Ağamalıyev (Rəsulzadə qəs.), ev 10, m. 25 ünvanında yerləşir.