Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən elan edilmiş tenderin nəticələri açıqlanıb.
“Azərişıq” Qarabağda işıq salır, 14 milyon manatlıq iki - TENDER ELAN OLUNDU
FED.az xəbər verir ki, tender “Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması” ilə bağlı olub.
Yekun nəticəyə əsasən, müsabiqənin qalibi "Məişət İST" MMC seçilib. Müqavilənin ümumi dəyəri 1 milyon 802 min 590 manat 42 qəpik təşkil edir.
Qeyd edək ki, “Məişət İST” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 2 574 640 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nicat Cəfərov İzahat oğludur. Hüquqi ünvanı AZ1149, Bakı Şəhəri Xətai Rayonu, Əhmədli Ştq, General Şıxlinski, ev 1A ünvanında yerləşir.
Layihə çərçivəsində məcburi köçkünlərin yeni yaşayış yerlərinə qayıdış prosesi ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması, həmçinin ictimai təşviqat işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər əhalinin adaptasiyasını asanlaşdırmaq və geri dönüş prosesini sürətləndirmək məqsədi daşıyır.