“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Ağdam rayonu və Suqovuşan istiqamətində yeni elektrik verilişi xətlərinin çəkilişi ilə bağlı iki ayrı tender elan edib.
Tibbi tullantılar daşınacaq, zərərsizləşdiriləcək - 202 MİNLİK TENDER ELANI
FED.az xəbər verir ki, birinci tender Ağdam rayonunun Güllücə, Nəmirli, Tağıbəyli, Qərvənd və Salahlı Kəngərli kəndlərini əhatə edir. Bu yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq yeni iki dövrəli ÖİN (SİP-3) elektrik verilişi xəttinin çəkilməsi nəzərdə tutulur. Layihə üzrə ehtimal olunan qiymət 9 milyon 563 min 540 manat 76 qəpik təşkil edir. Müsabiqədə iştirak etmək istəyənlər 1 500 manat məbləğində iştirak haqqı ödəməlidirlər.
Bu tenderin:
-
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 12 may 2025-ci il, saat 15:00
-
Zərflərin açılış tarixi və vaxtı: 12 may 2025-ci il, saat 15:00
İkinci tender isə “Ağdərə” yarımstansiyası ilə “Suqovuşan” yarımstansiyası arasında 35 kV-luq yeni iki dövrəli ÖİN (SİP-3) elektrik verilişi xəttinin çəkilməsini əhatə edir. Bu layihə üzrə ehtimal olunan qiymət 4 milyon 378 min 102 manat 81 qəpik olaraq göstərilib. Müsabiqədə iştirak haqqı 1 000 manatdır.
Bu tenderin:
-
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 12 may 2025-ci il, saat 12:30
-
Zərflərin açılış tarixi və vaxtı: 12 may 2025-ci il, saat 12:30
Hər iki tender üzrə iştirakçılar müəyyən edilmiş tarixədək təkliflərini təqdim etməlidirlər.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Namik Heybətov, şöbə müdiri
Email : [email protected]
Əlaqə telefonu : 012 440 39 93 (daxili 92-19)