Səhiyyə Nazirliynə məxsus "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi (VÖEN – 1300242201) açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderin predmeti 2026-cı il üzrə “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə hemodializ prosedurunun yerinə yetirilməsi zamanı istifadə olunan tibb vasitələri"nin satın alınmasıdır. Ehtimal olunan qiymət 32 milyon 432 min 378 manat təşkil edir.
Tender 26 dekabr 2025-ci il, saat 17:33-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 13 fevral 2026-cı il, saat 18:00, zərflərin açılışı isə həmin tarixdə, saat 18:00-da keçiriləcək.
Tenderdə iştirak haqqı 4864 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Əhmədağa Salayev - Baş məsləhətçi
[email protected]
+994 12 310 17 70 (3976)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 13 fevral 2026-cı il, saat 18:00-a qədər Bakı şəhər, Xocahəsən şösesi ünvanına təqdim edə bilərlər.










