“İnnovasiya Və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi tərəfindən müxtəlif tibbi sərfiyyat malları, reaktivlər və ləvazimatların satın alınması ilə bağlı elan edilmiş bir sıra tenderlərin nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, Mərkəz ümumilikdə 5 milyon 558 min 281 manat dəyərində 7 müqavilə imzalayıb.
“Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti 3 tenderin qalibi olaraq ümumilikdə 2 milyon 226 min 261 manat dəyərində sifariş alıb:
-
“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik sərfiyyat malları – 947 min 928 manat (24.12.2025)
-
“Tibb müəssisələri üçün bezlər”in satın alınması – 693 min 238 manat (24.12.2025)
-
“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik ləvazimat və sərfiyyat malları – 585 min 95 manat (23.12.2025)
“Paşa-K” Firması *“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş cərrahi saplar”*ın satın alınması üzrə qalib olub. Müqavilənin dəyəri 1 milyon 953 min 304 manat təşkil edir (24.12.2025).
“Biopharm” Məhdud Məsuliyyətli Cəmiyyəti *“Vərəmlə mübarizə üzrə tədbirlər ilə bağlı xərclər çərçivəsində laborator reaktivləri”*nin satın alınması üzrə qalib gəlib. Müqavilənin dəyəri 690 min 890 manatdır (23.12.2025).
“Besan” Məhdud Məsuliyyətli Cəmiyyəti *“Tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş spesifik ləvazimat və sərfiyyat malları (LOT 6)”*nın satın alınması üzrə qalib olub. Müqavilənin dəyəri 440 min 966 manat təşkil edir (23.12.2025).
“Terra Pharm” Məhdud Məsuliyyətli Cəmiyyəti *“Tibb müəssisələrinin təcili tibbi yardım və digər şöbələri üçün tibbi sərf malları”*nın satın alınması üzrə qalib gəlib. Müqavilənin dəyəri 246 min 858 manatdır (24.12.2025).











