“İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs tender elan edib.
FED.az xəbər verir ki, tenderdə “Yeni müasir tibbi avadanlıq kompleksləri ilə təchiz olunmuş 80 ədəd təcili tibbi yardım avtomobilləri”nin satın alınması nəzərdə tutulur.
Tenderdə iştirak haqqı 2 550, ehtimal olunan qiymət isə 17 000 063 manatdır.
Müsabiqənin dərc edilmə tarixi və vaxtı:17.09.2024 11:04
Təkliflərin son təqdim olunma tarixi və vaxtı:29.10.2024 17:00
Zərflərin açılış tarixi və vaxtı:29.10.2024 17:00
№ | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi | Kod |
---|---|---|---|---|---|
1 |
Sadə differensiallı (4x2) standart təcili tibbi yardım avtomobili. |
Sadə differensiallı təcili tibbi yardım avtomobillərinin texniki spesifikasiyası üzrə zəruri minimal tələblər şərtlər toplusunun (B) Mallara dair Tələblər bölməsində ətraflı şəkildə qeyd edilmişdir. |
60 |
ədəd |
25101703 |
2 |
Reanimobil (4x2) təcili tibbi yardım avtomobili. |
Reanimobil (4x2) təcili tibbi yardım avtomobillərinin texniki spesifikasiyası üzrə zəruri minimal tələblər şərtlər toplusunun (B) Mallara dair Tələblər bölməsində ətraflı şəkildə qeyd edilmişdir. |
15 |
ədəd |
25101703 |
3 |
Reanimobil (4x2) təcili tibbi yardım avtomobili (tam elektrikli). |
Reanimobil (4x2) təcili tibbi yardım avtomobili (tam elektrikli) təcili tibbi yardım avtomobillərinin texniki spesifikasiyası üzrə zəruri minimal tələblər şərtlər toplusunun (B) Mallara dair Tələblər bölməsində ətraflı şəkildə qeyd edilmişdir. |
5 |
ədəd |
25101703 |