2019-cu ilin yanvar-dekabr aylarında İsmayıllı rayonunda 3 milyon 700 min manat məbləğində 8 tender keçirilib.
Eləcə də bax: Şəkidə dövlət tenderlərini - KİMLƏR UDUR? - SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, İsmayıllı rayonunda İsmayıllı rayon Suvarma Sistemləri İdarəsi 108,9 min manat, İsmayıllı rayon İcra Hakimiyyəti 3,6 milyon manat məbləğində tenderlər keçirib.
Eləcə də bax: Quba rayonunda dövlət tenderlərini - KİMLƏR UDUR? - SİYAHI, MƏBLƏĞLƏR
İsmayıllı rayon İcra Hakimiyyətinin ən böyük məbləğli tenderlərini “Colosium Engineering Consulting Company” MMC, "İsmayıllı Tikinti-27" ASC və "Nial Construction" MMC qazanıb. “Colosium Engineering Consulting Company” MMC 2,4 milyon manatlıq, "İsmayıllı Tikinti-27" ASC 632 min manatlıq, "Nial Construction" MMC 383 min manatlıq tenderin qalibi olub.
İsmayıllı Suvarma Sistemləri İdarəsinin hər iki tenderini “Okean İnşaat” MMC qazanıb. Şirkət tenderlərdən ümumilikdə 108,9 min manat qazanıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti |
|||
№ |
Qalibin adı |
Lotun adı |
Məbləğ (manatla) |
1 |
“Colosium Engineering Consulting Company” MMC |
İsmayıllı rayonu, İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri |
2.457.150 |
2 |
"İsmayıllı Tikinti-27" ASC |
İsmayıllı şəhərində yolların təmiri işləri |
632.038 |
3 |
"Nial Construction" MMC |
İsmayıllı şəhərində abadlıq işləri |
382.984 |
4 |
"Antik İnşaat LTD" MMC |
İctimai işə cəlb edilmiş işçilərə xüsusi geyim və inventar alınması |
55.595 |
5 |
"Antik İnşaat LTD" MMC |
İctimai işə cəlb edilmiş işçilərə mal-materialın alınması |
44.517 |
6 |
“Azərmaş” MMC |
Bir ədəd xidməti avtomobilin alınması |
18.000 |
Cəmi: |
3.590.283 |
||
İsmayıllı Suvarma Sistemləri İdarəsi |
|||
№ |
Qalibin adı |
Lotun adı |
Məbləğ (manatla) |
1 |
“Okean İnşaat” MMC |
Cari təmir işləri üçün inşaat materialları |
87.522 |
2 |
“Okean İnşaat” MMC |
Maşın-mexanizimlərin (ekskavator və buldozerlərin) cari təmiri işləri üçün ehtiyat hissələri |
21.391 |
Cəmi: |
108.913 |