Xəbər verildiyi kimi, Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində Neftçala rayon icra başçısı İsmayıl Vəliyev və icra hakimiyyətinin bir neçə əməkdaşı yol verilən qanunsuzluqlara görə həbs edilib.
FED.az-ın məlumatına görə, həbs edilənlər, xüsusisən də icra başçısının özü digər məsələlərlə yanaşı, təmir-tikinti və abadlıq işlərinə ayrılan dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Qeyd edək ki, qanunvericiliyə əsasən, bu vəsaitlər dövlət satınalmaları – tenderlər vasitəsilə həyata keçirilir. Yəni tender elan edilir, ən sərfəli qiymət təklif edən şirkət qalib olur, vəsaitlər həmin şirkətə ödənilir və işlərə başlanılır.
İcra başçısına qarşı qaldırılan ittihamlar Neftçalada dövlət tenderlərinin, xüsusilə abadlıq və təmir-tikinti tenderlərinin də qanuni keçirilməsi ilə bağlı şübhələr yaradır.
2019-cu ilin yanvar-dekabr aylarında Neftçala rayonunda 1 milyon 235,2 min manat məbləğində 15 tender keçirilib.
FED.az xəbər verir ki, Neftçala rayonunda 15 tenderin 8-ni icra hakimiyyəti keçirib. İcra hakimiyyətinin keçirdiyi tenderlərin ümumi məbləği 471,2 min manatdır.
Eləcə də bax: Salyan rayonunda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Neftçala Suvarma Sistemləri İdarəsi keçirdiyi tenderlərin ümumi məbləğinə görə birincidir. Dövlət qurumunun 5 tenderinin ümumi məbləği 737,8 min manatdır.
Eləcə də bax: Ağstafa rayonunda tenderləri kimlər udur? - MƏBLƏĞLƏR - SİYAHI
Rayon üzrə ən çox tender qazanan şirkət “İlkin-N” MMC-dir. Şirkət Neftçala rayon Suvarma Sistemləri İdarəsinin 3 tenderini qazanıb. Şirkətin 3 tenderdən qazandığı məbləğ 490.8 min manatdır. Neftçala rayon İcra Hakimiyyətinin ən böyük məbləğli tenderini “Göy-göl tikinti” MMC qazanıb. Şirkət 1 tenderdən 290 min manat qazanıb.
Eləcə də bax: Lənkəranda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
Bundan başqa rayonda Neftçala rayon Mərkəzi Xəstəxanası müvafiq satınalmalar həyata keçirib. Xəstəxananın tenderlərinin qalibi fiziki şəxslər olub.
Neftçala Rayon İcra Hakimiyyəti |
|||
№ |
Qalibin adı |
Lotun adı |
Məbləğ (manatla) |
1 |
“Göy-göl tikinti” MMC |
Abadlıq işləri |
289.950 |
2 |
"Master-Ofis" MMC |
Xüsusi geyimlərin alınması |
44.752 |
3 |
"Master-Ofis" MMC |
inventar və mal-materialların alınması |
36.792 |
4 |
"Vostok-Servis Bakı" QSC |
Xüsusi geyimlərin alınması |
35.841 |
5 |
Cavid Əsgərov |
Adı göstərilmir |
23.700 |
6 |
"Azəridizayn-2003" MMC |
Adı göstərilmir |
16.980 |
7 |
Zaputa Bayramova |
Adı göstərilmir |
13.175 |
8 |
Əliş Mehtiyev |
Adı göstərilmir |
10.001 |
Cəmi: |
471.190 |
||
|
|||
Neftçala Suvarma Sistemləri İdarəsi |
|||
№ |
Qalibin adı |
Lotun adı |
Məbləğ (manatla) |
1 |
“İlkin-N” MMC |
Mexanizmlər və nəqliyyat vasitələrinə ehtiyat hissələri, material və sürtkü yağları |
255.261 |
2 |
“İlkin-N” MMC |
Nasos, mexaniki və elektrik avadanlıqlarının təmiri məqsədi ilə ehtiyat hissələri və materiallar |
215.546 |
3 |
“Ayzberq-M” MMC |
Dəmir borular, dəmir məmulatları və HTQ üçün ehtiyat hissələri |
163.390 |
4 |
Salyan rayonu Tikinti Təchizat filialı |
Tikinti materialları |
83.573 |
5 |
“İlkin-N” MMC |
Elekteik mühərriklərinin əsaslı təmir işləri |
20.000 |
Cəmi: |
737.770 |
||
|
|||
Neftçala rayon Mərkəzi Xəstəxanası |
|||
№ |
Qalibin adı |
Lotun adı |
Məbləğ (manatla) |
1 |
Məlikov Orxan |
Carı təmir işləri |
14.876 |
2 |
Məlikov Orxan |
Əsaslı təmir işləri |
11.403 |
Cəmi: |
26.279 |