İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxs “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” PHŞ -nin Talassemiya bölməsi üçün lazım olan cərrahi alət və spesifik ləvazimatların satın alınması" və "İmtiyazlı qrupa daxil olan xəstələrin təminatı üçün dərman vasitələri"nin satın alınması" üçün keçirdiyi tenderləri yekunlaşdırıb.
Eləcə də bax: Dövlət Agentliyi biri 27 450 manatdan 60 avtomobil alır - TENDER
FED.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi "JBA GROUP" şirkətilə məbləği 299 min 5960 manat, “REFERANS PHARMACEUTICALS” ilə məbləği 2 milyon 272 min 721 manat olan müqavilə imzalayıb (2 milyon 572 min 21 min manatlıq müqavilələr).
Əliyev Abbas Famil oğlunun qanuni təmsilçisi olduğu "Referans Pharmaceutical" MMC-nin hüquqi ünvanı Bakı şəh, Nərimanov ray, Mirzəbala Məmmədadə, ev 8A-dır. "Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik" də bu ünvanda yerləşir. (Marja)