İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi kiçik həcmli yükdaşımalar üçün 60 ədəd universal tipli avtomobillərin alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.
Eləcə də bax: DSMF 2 bankdan 22 milyon manatlıq kart alır – TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderin qalibi "Autouniversal" MMC-dir.
Qalib şirkətə 1,647 mln manat ödəniləcək. Başqa sözlə, avtomobilin biri Agentliyə 27 450 manata başa gələcək.