İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi immunobioloji dərman vasitələrinin (1), eləcə də tibb müəssisələri üçün spesifik dərman vasitələrinin (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
FED.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Referans Pharmaceuticals” MMC-dir.
Qalib şirkətə müvafiq olaraq 1 milyon 500,8 min manat və 2 milyon 101,3 min manat, ümumilikdə 3 milyon 602,1 min manat ödəniləcək. (Report)