Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu “Laçın İşğal və Zəfər Muzeyi Kompleksinin layihələndirilməsi (tikinti üzrə layihə-smeta sənədlərinin hazırlanması) və məzmunun hazırlanması və layihələndirilməyə nəzarət xidmətləri” tenderinin nəticələrini elan edib.
Bu şirkət Binəqədidə sosial evlərə su çəkəcək - 8 MİLYONDAN ÇOX PUL QAZANACAQ
FED.az xəbər verir ki, tenderin qalibi ArtCloud Network International s.c.r.l olub.
Qalib şirkətlə 995 500 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, ArtCloud Network International s.c.r.l. şirkəti İtaliyada yerləşən və mədəni irsin qorunması, inkişafı ilə məşğul olan beynəlxalq şirkətdir. O, memarlıq sahəsində xidmətlər təqdim edir. Şirkət mədəni irsin qorunması üçün ənənəvi və innovativ həlləri birləşdirərək, beynəlxalq institutlarla əməkdaşlıq edir.