“MİDA” MMC “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində sahəxarici və sahədaxili su-kanalizasiya şəbəkəsinin və drenaj sisteminin tikintisi işlərinin” tenderinin nəticələrini elan edib.
Suraxanıda sosial evlərin tikintisi ilə bağlı 30 milyon manatlıq - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin qalibi “T.T.Ş.-İnşaat” MMC olub.
Qalib şirkətlə 8 448 853 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, “T.T.Ş.-İnşaat” MMC 2003-cü ildə yaradılıb, nizamnamə kapitalı 27 411 150 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xalıqverdi Məmmədov Malça oğludur. Hüquqi ünvanı AZ1031, Bakı Şəhəri Nizami Rayonu, Babək pr., ev 53 ünvanında yerləşir.