"İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi" PHŞ (VÖEN – 1703452051) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Agentliyin 2025-ci il üzrə maliyyə hesabatlarının kənar auditi xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 7 600 manat təşkil edir.
Şərtlər - 1. İnformasiya Kommunikasiya Texnlogiyaları Agentliyi publik hüquqi şəxsinin 2025-ci illər üzrə maliyyə fəaliyyətinin ( Agentliyin hesabat ili yanvar ayının 5-dən başlanır və mart ayının 1-dək başa çatır) illik auditinin aparılması; 2. Agentliyin tətbiq edilən mühasibat uçotu qaydalarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Mühasibat Uçotunun Beynəlxalq Standartlarına (MUBS) müvafiqliyinin qiymətləndirilməsi; 3. 31 dekabr 2025-ci il tarixinə olan maliyyə hesabatlarının MHBS-ın əsas prinsiplərinə uyğunluğunun təsdiq edilməsi; 4. MHBS və MUBS-a olan düzəlişlərin və yeni standartların Agentliyin mövcud uçot siyasətinə təsiri barədə tövsiyələrin verilməsi; 5. Agentliyin maliyyə hesabatlarında əks olunan aktivlərinin və öhdəliklərinin təsnifləşdirilməsinin auditi,; 6. Agentliyin gəlir və xərc maddələrinin auditi; 7. Agentliyin MUBS-a görə bütün mümkün risklərinin, o cümlədən orta və uzunmüddətli likvidlik mövqeyinin qiymətləndirilməsi; 8. Agentliyin kapital strukturunun təhlili; 9. Agentliyin vergi və digər dövlət orqanları qarşısındakı öhdəliklərinin araşdırılması və müəyyən olunması, Vergi Məcəlləsinə olan dəyişikliklərlə bağlı tövsiyələrin verilməsi;
Təkliflərin son təqdim olunma vaxtı 27 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 15,20 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Asim Məmmədov - Aparıcı mütəxəssis
[email protected]
+994 70 564 63 68
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 27 fevral 2026-cı il tarixinə qədər Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanına təqdim edə bilərlər.











