"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi" PHŞ (VÖEN – 1506095421) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun şəkildə hazırlanmış maliyyə hesabatlarının audit xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 39 000 manat təşkil edir.
31 dekabr 2025-ci il üzrə Konsolidə olunmuş Maliyyə vəziyyəti haqqında hesabatı; 31 dekabr 2025-ci il üzrə Konsolidə olunmuş Maliyyə fəaliyyətlərinin nəticələri haqqında hesabat; 31 dekabr 2025-ci tarixində başa çatmış il üçün Kapitalın hərəkəti haqqında hesabat (konsolidə olunmuş); 1. 31 dekabr 2025-ci il tarixdə başa çatmış il üçün Konsolidə olunmuş Pul vəsaitlərinin hərəkəti haqqında hesabat; 2. Mühüm uçot siyasətləri; Konsolidə olunmuş maliyyə hesabatlarına izahlı qeydlər 3. 31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə audit zamanı müşahidə edilmiş məsələlərlə bağlı tövsiyələr məktubu; 31 dekabr 2025-ci il üzrə Konsolidə olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartlara uyğun auditin keçirilməsi və rəyinin verilməsi.
Təkliflərin son təqdim olunma vaxtı 26 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 78 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Qalib Səlimli - Satınalma üzrə mütəxəssis
[email protected]
+994 12 566 52 58
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 26 fevral 2026-cı il tarixinə qədər Bakı şəh. Nərimanov r/n. Hacı Məmmədov 5 ünvanına təqdim edə bilərlər.











