“Azərbaycan Dövlət İqtisad Universiteti” PHŞ (VÖEN: 1700091281) mühafizə xidmətinin alınması ilə bağlı tenderin nəticəsini açıqlayıb.
Dövlət Agentliyi 15 milyon manatlıq - TENDER ELAN EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Gesco” ASC (VÖEN: 1300664041) olub. Tərəflər arasında imzalanmış satınalma müqaviləsinin dəyəri 667 min 35 manat təşkil edib.
Qeyd edək ki, “Gesco” ASC 2005-ci ildə yaradılıb. Nizamnamə kapitalı 4 min manat olan şirkətin qanuni təmsilçisi Camalzadə Murad Fərrux oğludur.















