Cari ilin yanvar-iyul ayları ərzində satınalan təşkilatlardan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 6218 yekun protokol təhlil edilib.
Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 3 dəfəyə yaxın artıb
FED.az xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
Müsabiqədə qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilən 1203 yekun protokol qurum tərəfindən ləğv edilib. Dövlət satınalmalarında şəffaflığın təmin edilməsi rəqabəti yaxşılaşdırır, səmərəliliyi artırır və ədalətli biznes mühitinin inkişafına töhfə verir. Şəffaflığın təmin edilməsində dövlət satınalan təşkilatları, sahibkarlıq subyektləri və nəzarət orqanının birgə səyləri mühüm əhəmiyyət kəsb edir.
Bu mənada satınalan təşkilatlar tərəfindən həyata keçirilən satınalma prosedurlarının qanunvericiliyin tələblərinə uyğun olması, sahibkarların müsabiqədə sərbəst iştirakının təmin edilməsi, satınalma prosedurlarına əməl edilməsi və saxtakarlıq hallarına yol verilməməsi kimi amillərə diqqət yetirilməlidir.