Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti elan etdiyi tenderə yekun vurub.
Həftəyə 1 tender udur, ayda 11 milyon manat sifariş alır – «Azərimed» QSC KİMİN TENDERLƏRİNİ UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, 29+1 nəfərlik sərnişin tutumuna malik avtobusun satın alınması ilə bağlı keçirilən tenderin qalibi olaraq “Azərmaş Park” MMC (VÖEN: 1404629451) şirkəti seçilib.
Şirkət dövlət qurumu ilə 1 000 000 manat məbləğində müqavilə imzalayıb.
Qeyd edək ki, “Azərmaş Park” MMC 2019-cu ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Anar Hüseynov Adil oğludur. Hüquqi ünvanı AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov, ev 195, M8 ünvanında yerləşir.