2025-ci ilin əvvəlindən bəri "Azəri Med" QSC müxtəlif dövlət və özəl təşkilatların keçirdiyi tenderlərdə uğurla iştirak etmiş və böyük məbləğlərdə müqavilələr qazanmışdır.
Göyçayda dövlət tenderlərini kimlər udur? – SİYAHI, ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, şirkətin qazandığı 27 tenderin ümumi dəyəri 68 milyon 791 min manat təşkil edir.
Bu tenderlər arasında ən yüksək məbləğ Milli Onkologiya Mərkəzinin sifarişlərinə aiddir. "Azəri Med" QSC bu mərkəzə kimyəvi dərman preparatları, reaktivlər, sarğı ləvazimatları və digər tibbi materialların satın alınması üzrə 35 milyon 849 min 901 manat dəyərində tender qazanıb ki, bu da şirkətin ən böyük müqaviləsidir. Bundan əlavə, Milli Onkologiya Mərkəzinin tibbi avadanlıqların cari təmiri işləri və təmiri xidmətləri üzrə 3 milyon 11 min manat, tibbi avadanlıqların satın alınması üzrə isə 2 milyon 96 min manatlıq tenderlərini də "Azəri Med" QSC udub.
Digər böyük müqavilələrdən biri "İnnovasiya və Təchizat Mərkəzi"nin laboratoriya testlərinin satın alınması üzrə tenderidir. Bu tenderin dəyəri 10 milyon 640 min manatdır. Bu mərkəz üçün digər bir satınalma isə tibbi avadanlıq və cihazların alınması ilə bağlı olub və 755 min manat təşkil edib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçün keçirilən tenderlərdə isə "Azəri Med" QSC Azərbaycan Ordusunun laboratoriyaları üçün reaktivlərin və məsrəf materiallarının alınması üzrə 2 milyon 259 min manat, həmçinin şəxsi heyətin tibbi təminatı üçün dərman və digər tibbi ləvazimatların alınması üzrə 3 milyon 714 min manat dəyərində müqavilələr qazanıb. Bu tenderlərin ümumi məbləği 5 milyon 973 min manat civarındadır.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı üçün əməliyyatxana tibbi sərf materiallarının alınması üzrə 1 milyon 383 min manatlıq, tibbi avadanlıq və alətlərin satın alınması üzrə isə 337 min manatlıq müqavilələr də şirkət tərəfindən icra edilib.
Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi üçün dərman və sarğı ləvazimatlarının alınması üzrə 1 milyon 450 min manatlıq müqavilələr mövcuddur. Həmçinin Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası üçün isə dərman preparatları, dezinfeksiya və sterilizasiya məhsulları, həmçinin biokimyəvi reaktivlərin alınması üzrə 1 milyon 421 min manat dəyərində tenderlər udulub.
Bundan başqa, "Azəri Med" QSC 2025-ci ilin əvvəlindən Naxçıvan Muxtar Respublikasının Təcili Tibbi Yardım Xidməti üçün təcili tibbi yardım geolokasiyalarının təchizatının gücləndirilməsi üzrə 1 milyon 760 min manatlıq, Bakı Sağlamlıq Mərkəzi üçün laboratoriya tibbi sərf mallarının alınması üzrə 1 milyon 190 min manatlıq və digər bir sıra tibbi xidmət təşkilatlarından 5 milyona yaxın manatlıq müqavilələr qazanıb.
Beləliklə, "Azəri Med" QSC 2025-ci ilin əvvəlindən etibarən müxtəlif sahələrdə, xüsusilə tibbi avadanlıqların təmiri, dərman və laboratoriya mallarının alınması üzrə böyük həcmdə tenderlərdə qalib gəlmişdir.
Qeyd edək ki, “Azəri Med” QSC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Hüquqi ünvanı AZ1033, Bakı Şəhəri Nərimanov Rayonu, Asif Məmmədov, Ev 30 F ünvanında yerləşir.
Daha detallı aşağıdakı cədvəldə:
№ |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
1 |
Milli Onkologiya Mərkəzi |
Tibbi və digər avadanlıqların cari təmiri işləri və təmiri xidmətləri |
3 011 572 AZN |
29.05.2025 |
2 |
Milli Onkologiya Mərkəzi |
Tibbi və sair avadanlıqların satın alınması |
2 096 929 AZN |
22.05.2025 |
3 |
Milli Onkologiya Mərkəzi |
Kimyəvi dərman preparatları, reaktivlər, sarğı ləvazimatlarının və materiallarının satın alınması |
35 849 901 AZN |
16.05.2025 |
Cəmi: 40 958 403 AZN |
||||
|
||||
1 |
"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi |
"Tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıq, cihaz və tibbi inventarlar"ın satın alınması |
755 418 AZN |
30.06.2025 |
2 |
"İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi |
"Yeni Klinika tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş laboratoriya testləri"nin satın alınması |
10 640 098 AZN |
03.06.2025 |
Cəmi: 11 395 516 AZN |
||||
|
||||
1 |
Azərbaycan Respublikasi Müdafiə Nazirliyi |
Azərbaycan Ordusunun Laboratoriyaları üçün reaktivlərin və məsrəf materiallarının satın alınması |
2 259 383 AZN |
20.05.2025 |
2 |
Azərbaycan Respublikasi Müdafiə Nazirliyi |
Azərbaycan Ordusunun şəxsi heyətinin 2025-ci ildə tibbi təminatı üçün dərman preparatlarının, məsrəf tibbi ləvazimatların, laboratoriya reaktivlərinin və kardiocərrahiyyə üçün məsrəflərin satın alınma |
3 714 482 AZN |
10.02.2025 |
Cəmi: 5 973 865 AZN |
||||
|
||||
1 |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı |
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən Əməliyyatxana tibbi sərf materiallarının satın alınması |
1383 958 AZN |
12.06.2025 |
2 |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı |
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən Tibbi avadanlıq və alətlərin satın alınması. |
337 679 AZN |
21.05.2025 |
3 |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı |
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən Periferik stent ve balonların satın alınması |
93 810 AZN |
08.01.2025 |
Cəmi: 1 815 447 AZN |
||||
|
||||
1 |
"Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" Publik Hüquqi Şəxs |
“Naxçıvan Muxtar Respublika Xəstəxanası” PHŞ üçün dərman və sarğı ləvazimatlarının satınalınması |
1 127 419 AZN |
14.05.2025 |
2 |
"Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi" Publik Hüquqi Şəxs |
“Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi”PHŞ üçün Dərman, sarğı ləvazimatları və reaktivlərin satınalınması |
322 983 AZN |
17.04.2025 |
Cəmi: 1 450 402 AZN |
||||
|
||||
1 |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına dezinfeksiya və sterilizasiya məhsullarının satın alınması |
85 150 AZN |
22.05.2025 |
2 |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə klinikasına Dərman preparatlarının satın alınması |
1 189 814 AZN |
15.05.2025 |
3 |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası |
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına COBAS C 501 ANALYZER – ROCHE, COBAS E 411 ANALYZER – ROCHE və SIEMENS IMMULITE 2000 cihazları üçün biokimyəvi reaktivlərin satınalınması |
145 999 AZN |
07.04.2025 |
Cəmi: 1 421 963 AZN |
||||
|
||||
1 |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi |
Dərman preparatları və sarğı ləvazimatları |
138 328 AZN |
29.04.2025 |
2 |
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi |
Şəkərli diabet üzrə dərman vasitələri |
340 784 AZN |
28.04.2025 |
Cəmi: 479 113 AZN |
||||
|
||||
1 |
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ. M. Seçenov Adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universitetinin) Bakı Filialı |
Tibbi sərfiyyat materialları və inventarlarının satın alınması |
73 540 AZN |
04.03.2025 |
2 |
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ. M. Seçenov Adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universitetinin) Bakı Filialı |
Simulyasiya avadanlıqları, tibbi avadanlıq və simulyasiya avadanlıqlarının sərfiyyat materiallarının satın alnması |
315 582 AZN |
27.01.2025 |
Cəmi: 389 122 AZN |
||||
|
||||
1 |
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi "Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti" Publik Hüquqi Şəxsi |
Regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyalarının təchizatının gücləndirilməsinə dair mallar |
1 760 350 AZN |
30.01.2025 |
2 |
Bakı Sağlamlıq Mərkəzi Publik Hüquqi Şəxs |
Laboratoriya tibbi sərf mallarının satınalınması. |
1 190 728 AZN |
02.06.2025 |
3 |
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi "Naxçıvan Sağlamlıq Mərkəzi" Publik Hüquqi Şəxsi |
Reaktiv sərf və dərman ləvazimatlarının satınalınması |
758 093 AZN |
06.02.2025 |
4 |
"Naxçıvan Muxtar Respublika Xəstəxanası" Publik Hüquqi Şəxsi |
Reaktivlərin Satınalması |
487 539 AZN |
03.04.2025 |
5 |
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti |
Dərman preparatları və sarğı materialları |
431 191 AZN |
14.04.2025 |
6 |
"Babək Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsi |
Dərman və Sərfiyyat ləvazimatlarının satınalınması |
123 872 AZN |
16.04.2025 |
7 |
"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" Publik Hüquqi Şəxsi |
Reaktivlərin satınalınması |
113 406 AZN |
04.06.2025 |
8 |
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi |
Dərman preparatları, sarğı materialları və tibb məntəqəsi avadanlıqları |
42 896 AZN |
18.03.2025 |
Cəmi: 4 907 076 AZN |
||||
YEKUN: 68 790 910 AZN |