Dövlət Vergi Xidməti bir-birinin ardınca 5 tenderin nəticələrini açıqlayıb.
- “Caspel” şirkəti bu agentliyə 902 min manatlıq İT avadanlığı satdı
-
“Caspel” şirkəti nazirlikdən 3,6 milyonluq – SİFARİŞLƏR ALIR
-
“Caspel” şirkəti 2,9 milyon manatlıq – TENDERİN QALİBİ SEÇİLDİ
FED.az xəbər verir ki, tenderlərin qalibi "Caspel" MMC şirkəti olub.
Belə ki, “Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) avadanlıqlarına, elektron vergi hesab-faktura xidmətini təmin edən avadanlıqlara, İnternet Vergi İdarəsi, “Lokal Telefoniya”, “Asan Imza” “Zərif Müştəri” və “Onlayn Kassa” sistemlərinin ehtiyyat mərkəzində olan avadanlıqlarına texniki xidmətin göstərilməsi”nin satın alınması" tenderi üzrə 97 min 420 manat, “Korporativ rabitə şəbəkəsinə telefon və kommunikasiya xidmətinin göstərilməsinin satın alınması" tenderi üzrə 1 milyon 118 min 923 manat, “Giriş-Çıxış Access Control sistemlərinə, səs avadanlıqları, konfrans və müşahidə sistemlərinə texniki xidmətin göstərilməsinin satın alınması" tenderi üzrə 182 min 031 manat, “Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) avadanlıqlarına və arxiv üçün nəzərdə tutulmuş avadanlıqlara, elektron vergi hesab-faktura xidmətini təmin edən avadanlıqlara, İnternet Vergi İdarəsi, “Lokal Telefoniya”, “Asan Imza” “Zərif Müştəri” və “Onlayn Kassa” sistemlərinin avadanlıqlarına və digər avadanlıqlara texniki xidmətin göstərilməsinin satın alınması" tenderi üzrə 851 min 881 manat , “Zərif Müştəri” qurğularına (Thin Client - elektron disksiz qurğu), kompüter, noutbuklara,printerlərə və telefonlara texniki xidmətin göstərilməsinin satın alınması" tenderi üzrə 187 min 345 manat məbləğində müqavilə imzalanıb.
Bağlanmış müqavəlilərin ümumi dəyəri 2 milyon 437 min 600 manatdır.